Avropa Komissiyası Azərbaycan üzrə inkişaf haqqında illik hesabatını açıqlayıb
Avropa Komissiyası Azərbaycan üzrə inkişaf haqqında illik hesabatını açıqlayıb

Avropa Komissiyası "Avropa Qonşuluq Siyasəti" çərçivəsində Azərbaycan üzrə inkişaf haqqında illik hesabatını dərc edib.

Sənəddə 2011-ci il ərzində Azərbaycan və AB arasında əməkdaşlığın əsas məqamları və AB-nin müxtəlif sahələrə dair tövsiyələri əks olunub.
Hesabatda qeyd olunur ki, ötən il Azərbaycan və AB arasında assosiativ saziş haqqında danışıqlar asta templə irəliləyib. Azərbaycanla hərtərəfli və dərinləşdirilmiş azad ticarətin yaradılması (DCFTA) haqqında danışıqlara hələ də başlanmayıb, çünki Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil.
Sənəddə aşağıdakı tövsiyələr də yer alıb:
- AŞ PA ilə siyasi məhbuslar məsələsində tam əməkdaşlıq etmək;
- Ermənistanla Dağlıq Qarabağ münaqişəsi üzrə razılaşma əldə etmək üçün Madrid prinsipləri əsasında səyləri gücləndirmək;
- AB nümayəndələrinin Dağlıq Qarabağa və ətraf rayonlara girişini təmin etmək;
- Məhkəmə prosesində islahatları sürətləndirmək.
"ATƏT-in Minsk Qrupu çərçivəsində 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqlar əhəmiyyətli nəticələrə gətirib çıxarmadı. Təmas xəttində gərginliyin artması fonunda vasitəçilik səyləri atəşkəs haqqında sazişin pozulması hallarının araşdırılmasında irəliləyişə gətirib çıxardı" - deyə məruzədə qeyd olunur.
Bildirilir ki, böhrana qədər ki, sürətli iqtisadi artımın dayanmasına baxmayaraq, Azərbaycan inkişaf etməkdə davam edib, o cümlədən makroiqtisadi sabitliyi qoruyub saxlayıb, yoxsulluq həddini aşağı salmaqda davam edir və iqtisadiyyatı diversifikasiya edir.