Fərəc Quliyev: "Ermənilərə qarşı sanksiyalar
tətbiq edilməlidir"

"Ermənilər tarixən hansı formatda olur-olsun vahid mövqedən çıxış edirlər". Bunu sia-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.
Millət vəkili bildirib ki, ermənilər indi də blef siyasəti yürüdürlər: "Ermənilərin dövləti olmayanda kənardan "Daşnaksütyun" partiyası, sonralar "İçmədzin" kilsəsinin adı ilə Ermənistanı idarə etməyə çalışırdılar. Hesab edirəm ki, ermənilər bu gün Rusiyanın sanksiyalara məruz qaldığının fərqindədirlər. Düşünürlər ki, günün birində Rusiya çökəcəksə, bunların taleyi necə olacaq? Ona görə də iki qismə bölünüblər. Bir qismi Qərbyönümlü, bir qismi isə Rusiyayönümlü görünməyə çalışırlar. Qərbyönümlülər guya indiki hakimiyyətə, Rusiyaya qarşı mübarizə aparır, digərləri isə Rusiya yanlılar kimi görünməyə çalışırlar. Hesab edirlər ki, hansı cinah qalib gələrsə, onun yanında dayanarlar".
Millət vəkili hesab edir ki, Avropa təsisatları erməniləri çoxdan bu qurumlardan uzaqlaşdırmalı idilər: "Məsələn, Belarusun Avronestdə iştirakına məhdudiyyətlər qoyulub. Yaxud, Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Ermənistan işğalçı dövlətdir, bölgədə monoetnik dövlət yaradıb digər etnoslara qarşı aqressiv siyasət yürüdür. Parlamentləri isə vur-qırğınla bir-birini əvəz edir. Yəni, normal hakimiyyət dəyişikliyi olmur. Ona görə də çoxdan onları Avropa təsisatlarında qovmaq, özlərinə qarşı isə sanksiyalar tətbiq etmək lazım idi".