Taksi sürücüsü üzərinə benzin tökərək özünü yandırdı
Taksi sürücüsü üzərinə benzin tökərək özünü yandırdı
Ziya Məmmədovun işçiləri sürücünü canına qəsd etmək həddinə çatdırdı

Bakıda intihara cəhd hadisəsi baş verib. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə "20 Yanvar" dairəsinin yaxınlığında qeydə alınıb.
Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətov üzərinə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib. Yanıq Mərkəzindən verilən məlumata görə, A. Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda vəziyyəti ağırdır.
Belə ki, o, nəqliyyat departamentinin əməkdaşları ilə mübahisə edib. O, əsəbləşərək üzərinə benzin tökərək özünü yandırıb. Taksi sürücüsü xəstəxanaya çatdırılıb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Qeyd edək ki, bu, nəqliyyat müfəttişləri ilə sürücülər arasında baş verən sonuncu münaqişə deyil. Dəfələrlə departament əməkdaşları ilə sürücülər arasında belə qarşıdurmalar olsa da, onlarla bağlı heç bir cəza tədbiri görülməyib.