Millət
117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Millət vəkili Aqiyə Həbib qızı Naxçıvanlı 05 fevral 2015-ci il tarixlərdə Oğuz rayonunda olmuşdur. Elə gəldiyi gün deputat Oğuz şəhərində aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olmuş, yeni asfalt örtüyü salınmış küçələrə baxış keçirmiş, Heydər Əliyev Mərkəzinin tikintisi ilə yaxından maraqlanmışdır.
05 fevral 2014-cü il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin "2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-cü ildə qarşıda duran vəzifələr"ə həsr olunmuş geniş şura iclasında iştirak etmişdir. İclasda çıxış edən Millət vəkili məruzəsini bilavasitə cənab Prezident İlham Əliyevin 2014-cü ilinin yekunlarına həsr olunmuş iclasda qaldırdığı məsələlər üzərində quraraq respublikada və Oğuz rayonunda aparılan işlər haqqında danışmışdır. Ölkədə gedən uğurlu inkişafa nəzər salaraq Oğuzun da bundan yetərincə bəhrələndiyini bildirmişdir. Bundan başqa millət vəkili Oğuzda turizmin inkişafı, rayon ərazisində qeydiyyata alınmış 32 tarixi abidənin bərpası və qorunması, gənclərin peşə seçimi və asudə vaxtlarının səmərəli keçirilməsi, İdman kompleksinin fəaliyyəti, səhiyyə və digər əhəmiyyətli sahələrin işləri barəsində öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür. Sonda isə A. Naxçıvanlı məmurların xalqla rəftarı, etik davranışları barədə öz fikirlərini bildirmişdir.
Hesabat iclası başa çatdıqdan sonra Millət vəkili A. Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputatın qəbul otağına gələrək seçiciləri ilə görüş keçirmişdir. Deputat seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onların problemlərini dinləmiş, qaldırılan bəzi məsələləri yerində həll etmuş, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlarını vermişdir.
Millət