16 Sentyabr 2019
15 Sentyabr 2019
Ermənilərin iştirakı ilə Rusiya üçün 4 yeni gərginlik mənbəyi yaradıldı
Ermənilərin iştirakı ilə Rusiya üçün 4 yeni gərginlik mənbəyi yaradıldı CƏMİYYƏT 11:01 2015-02-12

Ermənilərin iştirakı ilə Rusiya üçün 4 yeni gərginlik mənbəyi yaradıldı
Ermənilərin iştirakı ilə Rusiya üçün 4 yeni gərginlik mənbəyi yaradıldı

"Rusiyadakı ermənilərin Qərbin maraqlarına uyğun xidmətini davam etdirməsi və bu xidməti daim təkmilləşdirməsi göz qabağındadır. Ermənilərin bu kreativ davranışı Qərbi Rusiya üzərində qələbə çalmağa ruhlandırır".
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, son bir neçə gündə daha 4 proses ermənilərin Rusiya üçün yeni gərginlik mənbəyi yaratdığını göstərir:
I. NATO-nun Avropadakı Silahlı Qüvvələrinin komandanı Filipp Bridlav Ukraynada müharibəni mümkün variant hesab edir. F.Bridlav bu bəyanatını Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Ukrayna probleminin dinc yolla həlli ilə bağlı orijinal və "ildırım sürətli" təşəbbüsünün reallaşdığı vaxtda verdi. A.Merkel və F.Ollandın Kiyev və Moskvaya səfəri beynəlxalq ictimaiyyətdə Ukrayna probleminin diplomatik həllinə ciddi ümid yaratmışdı.
NATO-da ABŞ-ın baş hərbçisi F.Bridlav Rusiya ordusunu güclü hesab etsəydi, belə bəyanat verməzdi. F.Bridlavda Rusiya ordusunun zəifliyi barədə düşüncənin formalaşmasında onun Ermənistanın müdafiə naziri Seyran Ohanyanla əlaqəsinin vacib rolu var. S.Ohanyan F.Bridlavın Rusiya ordusuna ən yaxın olan tanıdığı və inandığı şəxsdir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja şəxsiyyətinin qarşılığını S.Ohanyanın kabinetində alıb. Ehtimal ki, F.Bridlav bunu da nəzərə alır. Ermənistanın müdafiə naziri S.Ohanyanın NATO-nun Avropadakı Silahlı Qüvvələrinin komandanı Filipp Bridlavın casusu olmasını heç kim istisna edə bilməz.
II. Rusiya prezidentinin Arktika və Antarktida beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi A.Çilinqarov xarici dövlətləri Arktikada əməkdaşlıq etməyə dəvət etdi. Son vaxtlar Rusiya ilə Qərb arasında gərginliyin əsas istiqamətlərin biri də Arktikadır. Rusiyanın digər rəsmilərinin verdiyi məlumata görə, yalnız indi Rusiya Arktikada geoloji kəşfiyyat-qazma işlərinə başlayıb və bu proses bir neçə il davam edəcək. Belə bir vaxtda, o cümlədən RF-in Arktikadakı marağını hərbi yolla müdafiə etməyə hazır olduğunu bildirdiyi dövrdə A.Çilinqarovun beynəlxalq təşkilatları Arktikada əməkdaşlığa dəvət etməsi kifayət qədər şübhəlidir.
Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Rusiya Arktikası üzrə rəhbər təyin edilməsi A.Çilinqarovun beynəlxalq təşkilatları Arktikada əməkdaşlığa dəvət etməsindən dərhal sonra baş verdi. Amma Rusiya rəhbərliyi A.Çilinqarovun birbaşa və ya yaxınları vasitəsi ilə Arktika barədə hansı məlumatları Qərbə ötürdüyünü müəyyənləşdirə bilməz.
III. ABŞ dövlət katibi Con Kerrinin Moskvaya səfər edəcəyi ilə bağlı məlumat yayıldı. ABŞ Dövlət Departamenti bu xəbəri bir neçə dəfə təkzib etdi. Təkziblərin təkrarlanması Rusiyaya alçaldıcı münasibət nümayiş etdirmək məqsədi daşıyırdı. Kerrinin Moskvaya səfər edəcəyi ilə bağlı yayılan və Rusiyanı aşağılayan məlumatın ilkin mənbəyi Rusiya Xarici İşlər Nazirliyi idi.
IV. Rusiya baş nazirinin birinci müavini Yuri Şuvalov da son vaxtlar iki dəfə Rusiyadakı vəziyyətlə bağlı geniş mətbuat konfransı keçirib. Hər iki tədbirdə yaydığı məlumatlar Rusiyanın mövqeyinin zəif olduğunu və getdikcə zəiflədiyini göstərmək üçündür. Görünür, Y.Şuvalov ətrafında ermənilərin kök saldığı yüksək çinli məmurlardandır.
Politoloq qeyd edib ki, Rusiyadakı ermənilərin Rusiyanın dövlət, ictimai-siyasi, humanitar və.s həyatındakı kreativliyi və geniş iştirakı Qərbin antirusiya maraqlarının xidmətindədir.
Fuad