20 Sentyabr 2019
19 Sentyabr 2019
Hacıbala Abutalıbovun 10 milyon manatlıq gizlini
Hacıbala Abutalıbovun 10 milyon manatlıq gizlini CƏMİYYƏT 10:38 2015-02-13

Hacıbala Abutalıbovun 10 milyon manatlıq gizlini
Hacıbala Abutalıbovun 10 milyon manatlıq gizlini

Azərbaycan paytaxtı Bakıda liftlərlə bağlı problem səngimək bilmir. Demək olar ki, az qala hər gün mətbuatda Bakının ən müxtəlif yerlərindən sözügedən problemlə bağlı vətəndaş narazılıqlarını eşitmək, sakinlərin şikayətlərini oxumaq olar.
Bu dəfə isə Suraxanı Rayonu Hövsan qəsəbəsi bina 4 A-da yaşayan sakinlər binada liftin işləməməsi ilə bağlı şikayət məktubu ünvanlayıblar.
Sakinlərin sözlərinə görə, lift dərdi onları, əsl mənada, boğaza yığıb. Sözügedən binada lift məsələsi az qala ənənə halını alan bir problemə çevrilib. Belə ki, binada liftlər Sovet dövründən qalandır. Bu liftlərin istismar müddəti bitdiyindən, onların ya əsaslı təmir olunması, ya da dəyişdirilməsi lazımdır.
Sakinlərin sözlərinə görə, yaşayış binasının liftləri tez-tez sıradan çıxır, bəzən günlərlə işləmir. Problem sakinlər tərəfindən dəfələrlə qabardılsa da, Hövsan Lift-Təmir İstehsalat şöbəsinin işçiləri işə məsuliyyətsiz yanaşırlar. Onlar vətəndaşların şikayətlərinə baxacaqlarını bildirsələr də, verilən vəd havada qalır.
Sakinlər deyirlər ki, liftlər əvvəllər dəfələrlə xarab olduqda belə, vətəndaşlar onları öz vəsaitləri hesabına təmir etdiriblər. Baxmayaraq ki, bu, yerli lift idarəsinin hesabına olunmalıdır.
Hövsan sakinləri bildirirlər ki, məsələ reallaşmayacağı təqdirdə Suraxanı Rayon İcra Hakimiyyətinə üz tutacaqlar.
Şikayətlə bağlı məsələni araşdırmaq üçün Hövsan Lift İdarəsinin müdiri Amin Cabbarlı ilə əlaqə saxlanılıb. O, aktual.az-ı şikayətçilərin kimliyi barədə sorğu-suala çəkib və bildirib ki, məsələ ilə, şəxsən, özü maraqlanacaq: "Liftlərin dayanması ilə bağlı müraciətlərə baxmışıq. Gündəlik nasazlıqlar da aradan qaldırılıb. Şəxsən özüm o binaya gedəcəm və şikayətçinin kimliyi ilə maraqlanacam".
Xatırladaq ki, 2009-cu ildə ölkə başçısının sərəncamına əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Belə problemlər üzə çıxdıqda dövlət tərəfindən liftlərin təmiri üçün ayrılan vəsaitin niyə Suraxanıya, konkret olaraq, həm də bu binaya gedib çıxmaması sual doğurur. Suraxanı rayon İcra Hakimiyyəti, yəqin ki, bu məsələyə aydınlıq gətirəcək. Eyni zamanda Hacıbala Abutalıbovun rəhbərlik etdiyi qurumda belə iri həcmli vəsaitin ayrılmasına baxmayaraq, paytaxtda liftlərin normal fəaliyyətinin təmin edilməməsinin səbəblərinə aydınlıq gətirməlidir. Əks halda bu, həmin vəsaitlərin təyinatı üzrə xərcləndiyinə dair onsuz da mövcud olan şübhələri dərinləşdirəcək,
Aytac