Məşhur əxlaqsız yuvasında qətl törədildi
Məşhur əxlaqsız yuvasında qətl törədildi
"Romi" motelində dəhşət: ər arvadının başını kəsdi

Abşeron rayonunda qətl törədilib. Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Masazır qəsəbəsində yerləşən "Rome" motelində qeydə alınıb. Zöhrab adlı şəxs qısqanclıq zəmində keçmiş arvadını bıçaqlayaraq öldürüb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bu gün saat 14 radələrində 1980-ci il təvəllüdlü Zöhrab İsmayılov keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı Masazır qəsəbəsində yerləşən "Rome" motelində qısqanclıq zəminində üstündə gəzdirdiyi bıçaqla boyun nahiyəsinə bir neçə zərbə endirməklə qətlə yetirib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, cinayəti törətməkdə şübhəli bilinən Z. İsmayılov hazırda rayon Prokurorluğunda dindirilir.