"Qarabağda müharibə meşə yanğını kimi qəfil başlayacaq, rus qoşunları bölgəyə girəcək"
Qarabağda müharibə meşə yanğını kimi qəfi başlaya,
Rusiya isə bölgədə sülhü təmin etmək adı
altında öz qoşunlarını münaqişə zonasına yeridə bilər.

Bu barədə nüfuzlu "Newsweek" jurnalı yazır. Jurnalın məqaləsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yanvarın əvvəllərindən başlayaraq artan gərginliyə toxunulur və iki ölkə arasında müharibənin "təsadüfən başlaması" təhlükəsinin mövcudluğundan bəhs edilir.
Ekspertlər jurnala açıqlamalarında qeyd edirlər ki, Rusiya bu münaqişədən regionda hakimiyyətini möhkəmləndirmək üçün istifadə edə bilər.
"Newsweek" yeni ilin başlamasından bu yana təmas xəttində ermənilərin onlarla itki verdiyini xatırladır. Bildirir ki, 1994-cü ildə atəşkəs razılaşmasının əldə olunmasına baxmayaraq təmas xəttində tez-tez baş verən atışmalar bu münaqişənin xarakterik cəhəti idi. Bununla belə ekspertlər indi xəbərdarlıq edirlər ki, bu il vəziyyət əvvəlki illərdən xeyli pis olub.
İrəvanda mənzillənmiş Strateji Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan deyir ki, o, daha çox təsadüfi müharibədən, yaxud təmas xətti boyu toqquşmalar spiralının nəzarətdən çıxıb böyük müharibəyə səbəb olmasından qorxur.
Ekspert təmas xəttində itkilərin sayının relyefi və şəraiti, əsasən yay vaxtına hesablanmış döyüş şəraitini nəzərə alanda "çox qeyri-adi" olduğunu bildirir.
Kirakosyan yaxın aylarda toqquşmaların daha da artacağını gözləyir. O, qoşunların təmas xətti boyu bir-birinə nə dərəcədə yaxın dayandığını təsvir edərək deyir ki, atəşkəsdən sonra heç vaxt belə olmamışdı. Ekspert döyüş zonasının Azərbaycan-Ermənistan sərhədi boyu uzandığını da xatırladır.
Kirakosyan qeyd edir ki, sülh prosesinin dayanması ilə əlaqədar olaraq hər iki tərəf son aylarda silahdan istifadəyə meyllənir. Azərbaycan və Ermənistan hazırda dünyanın ən çox hərbiləşmiş ölkələri sırasındadır. Rusiya hər iki tərəf üçün əsas silah təchizatçısıdır.
İndi Rusiyadan dəstəklənən separatçılarla Ukrayna arasında davam edən böhranı, Moskvanın Gürcüstana dair aqressiv planlarını nəzərə alan ekspertlər narahatdır ki, Putin regionda hakimiyyətini möhkəmləndirmək üçün xeyli dərəcədə riskli və ağıllı addımları nəzərdən keçirir.
Kirakosyanın sözlərinə görə, Qarabağ ətrafındakı situasiyada maskanın bir tərəfi Rusiyadır. Rusiya üçün status-kvo o qədər də yaxşı deyil. Lakin Putin sülhməramlıları regionda yerləşdirmək üçün bu münaqişəni qızışdıra bilər.
"Newsweek" Azərbaycan mətbuatında Qarabağ separatçılarının ABŞ tərəfindən maliyyələşdirildiyinə dair xəbərlərin dərc olunduğunu da xatırladır. Jurnal yazr ki, bu iddianı əsaslandıra bilməz. Ancaq Kirakosyan deyir ki, Qarabağa Amerika maliyyəsi əvvəllər də olub, ancaq ayrılan vəsaitin xərclənməsinə nəzarət etmək mümkün olmadığından son iki ildə dayandırılıb.
Londondakı Sülh və Müharibə İnstitutundan Con Makleod isə deyir: "Vəziyyət olduqca pisdir və hazırda təmas xəttində insidentlərin sayı artıb. Həmişə təhlükə var ki,tərəflərdən biri xətti keçəcək və bu, meşə yanğını kimi hər yerə yayılacaq. Və siz xəbər tutana qədər orada müharibə başlayacaq".
Britaniyalı ekspert bildirir ki, o, Rusiyanın maraqlarının nədən ibarət olduğunu bilmir. Lakin ruslar getdikcə daha fəal regional oyunçuya çevrilirlər. C.Makleod hesab edir ki, ola bilsin Rusiya öz hakimiyyətini möhkəmləndirmək üçün "sülhməramlılar" adı altında öz qoşunlarını regiona göndərəcək.