«Sinteks» MMC-nin adı ətrafındakı müəmma
Xaricdən bahalı geyim məhsulları gətirən şirkətlə bağlı şok iddialar var

Son dövrlər Azərbaycana xaricidən müxtəlif məhsullar gətirən şirkətlərin böyük maliyyə maxinasiyalarına yol verdikləri üzə çıxmaqdadır.Belə ki, onların əksəriyyəti monopolistlər tərəfindən idarə olunduqları üçün xaricdən ucuz qiymətə aldıqları məhsulları burada iki-üç qat baha qiymətə satışa çıxarırlar. Bu cür şirkətlərdən biri də «Sinteks» MMC-dir. Unikal.org saytın əldə etdityi məlumata görə, «Sinteks» MMC də müxtəlif ölkələrdə hazır geyimlər gətirir. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, bu şirkət əsasən brend, yaxud marka hesab olunan mağazalaı geyimlə təmin edir: «Bu şirkət artıq neçə ildir ki, Albatros, Mango, Armani və bu kimi tanınmış marka məhsulları gətirir. Bu şirkətin sahibi Vüqar adlı şəxsdir, özü də çox böyük imkanlara malikdir. Məndə olan məlumata görə, şirkət sahibinin əl-qolu da kiayət qədər uzundur. Yəni, istədiyi məhsulu ölkəyə gətirə, istədiyi mağazalara paylada bilir. Belə ki, əlaqəsi olduğu yüksək çinli məmurların dəstəyi ilə bu sahəyə girməyə imkan vermir. Demək olar ki, geyim sektorunda onunla rəqabət apara biləcək adamlar çox azdır. Bir növ onu geyim məhsullarının monopolisti də adlandırmaq olar».

Bizi bilgiləndirən şəxs onu da nəzərə çatdırıb ki, «Sinteks» MMC-nin vergidən yayınmaqla bağlı da müəyyən addımları olub. Belə ki, bu şirkət ölkəyə idxal elədiyi məhsulların 30-35 faizini qeydiyyatdan keçirərək rüsum verir, qalan hissəisi isə vergidən yayındırılır. Bundan əlavə, «Sinteks» MMC-nin sahibinin Aydın adlı qardaşı oğlunun da bu prosesdə yaxından iştirak etdiyi bildirilir. Hətta onunla bağlı daha ilginc məlumatlar var. Sadəcə olaraq, araşdırmaya ehtiyac duyduğumuzdar indidən yazmırıq. Yəqin ki, geniş araşdırmadan sonra məlumat verəcəyik.Qeyd olunan məsələlrlə bağlı unikal.org saytına açıqlama verə «Sinteks» MMC-nin icraçı direktoru Şahmar Hüseynli iddialarla razılaşmayıb. O bilirib ki, təmsil elədiyi şirkətin fəaliyyətində qanunsuz bir şey yoxdur.Amma mənbəmiz israrla «Sinteks» MMC-də qanunsuzluqların olduğunu idiia edir. Hazırda yazmadığımız məqamları da tam araşdırdıqdan sonra geniş bir məqalə hazırlayağacıq. Adıçəkilən tərəfləri də dinləməyə hazırıq.

İnformasiya şöbəsi