Soysuzların "soyqırım" iflası
Soysuzların "soyqırım" iflası

İkinci Dağlıq Qarabağ münaqişəsinin yaranma anı

Erməni lobbisinin və Ermənistanın 100 ildir dünyaya qəbul etdirmək istədikləri erməni "soyqırım"ı tam iflas oldu. Başqa cür desək erməni toplumunu ayaq üstə saxlayan Böyük Ermənistanla, erməni "soyqırım"ı ideyalarından biri gündəmdən çıxdı. Elə bu günlərdə Xocalı soyqırımı ilə bağlı dünyanın əksər ölkələrində keçirilən aksiyalar, dövlətlər səviyyəsində verilən reaksiyalar aydınlaşdırdı ki, dünyanın, insanların hadisələrə baxışları daha praqmatik baxışla əvəzlənib və timsahların göz yaşlarına inam yoxdur. Ən azından fevral ayında erməni vəhşiliyinin 23 il öncə törətdiyi cinayətləri görən heç bir dünya insanı 2 aydan sonra Xocalı faciəsini törədən bir toplumun özünün də "soyqırım"a məruz qalmasına inanmayacaq.

Görünür bunu artıq erməni siyasiləri və ziyalıları da başa düşür və bu səbəbdən yeni çıxış yolları axtarılır. Məsələn, Ermənistanı və erməni lobbisini uzun illər Avropada təmsil edən Şarl Aznavur hesab edir ki, ermənilər saxta "soyqırım" bataqlığına bulaşıblar və burdan çıxmaq üçün keçmiş tarixdən imtina edib Türkiyə ilə əməkdaşlığa başlamalı və müasir dünyanın şərtlərinə əməl etmək vacibdir. Bu gün erməni toplumundan olan insanlar görür ki, hansısa əcnəbi məmurun Ermənistana gələrkən "soyqırım" abidəsini ziyarət etməsi ilə və ya hansısa dövlətin konqresmeninin erməni "soyqırım"ı ilə bağlı bəyanat verməsinin heç bir mənası yoxdur. Çünki Ermənistan artıq qlobal oyunlarda yoxdur və dünya siyasətinə təsir imkanları sıfırlaşır. Ciddiyə alanda məlum olur ki, ümumiyyətlə erməni toplumu bu dünyada bir Fransada, bir də ABŞ-da seçkilər keçiriləndə yada düşürlər və bu yadasalmalar da artıq gündəmdən çıxır. Elə ABŞ-da son prezident seçkilərində, Barak Obama ikinci dəfə prezident seçiləndə erməni lobbisini ümumiyyətlə yada salmadı. Digər Avropa ölkələrinə gəldikdə isə Almaniya hər zaman Türkiyənin Avropaya inteqrasiyasında maraqlı tərəf kimi çıxış edərək erməni "soyqırım"ı tələsindən uzaqda dayanır.Böyük Britaniya bu mövzunun müzakirəsini belə gərəksiz sayır, hətta ermənilərin "soyqırım" günü İngiltərə şahzadəsi Çanaqqala yürüşündə iştirak etməyi daha uyğun hesab edir, Rusiya isə erməni "soyqırım"ını tarixin arxivinə göndərərək Türkiyə və Azərbaycanla yeni dünya düzəni yaratmağa çalışır. Belə olan halda prezident İlham Əliyevin dediyi sözlər yada düşür:"Ermənistan Dağlıq Qarabağı işğal etməklə özünü dünyadan təcrid etdi. Azərbaycan bu təcridetməni gücləndirməli və Dağlıq Qarabağın azadlığını təmin etməlidir". İndi görünən budur ki, Ermənistan regiondakı transmilli layihələrdən kənarda qaldığı kimi, dünyanın idarəolunması, söz sahibinə çevrilmə proseslərindən də çox-çox uzaqlaşıb. Çünki artıq dünya bu ölkənin stabil siyasət yürüdə bilmədiyini, bir ayağının Avropa İttifaqında, bir ayağının isə Gömrük İttifaqında olduğunu görür və bu səbəbdən starteji məsələlərdə Ermənistanın partnyorluğuna ehtiyac duymurlar. Başqa tərəfdən erməni "soyqırım"ı əslində uzun illər ermənilərdən daha çox Fransa simasında Avropaya və ABŞ-a lazım idi. Söhbət Türkiyənin hansı güc tərəfindən idarə olunmasından gedirdi. Məlum olduğu kimi on illər ərzində Türkiyəyə sahiblənmək üçün Avropa ilə ABŞ arasında bir mübarizə gedirdi və məlum mübarizəyə görə Türkiyədə PKK problemi, Türkiyədən kənarda isə erməni "soyqırım"ı kimi böhranlar yaradılmışdı ki, bununla Türkiyəyə təsir göstərilirdi. İndi isə nə PKK, nə də erməni "soyqırım"ı ilə Türkiyəni təsir dairəsində saxlamaq mümkün deyil və buna görə hər iki lokal münaqişə ocağı diqqətdən düşür. Çünki bu gün Türkiyə real gücə çevrilib və Avropanın özü enerji daşıycıları məsələsində Türkiyədən faktiki asılı duruma düşüb. Digər tərəfdən Türkiyə-Azərbaycan müttəfiqliyi də Avropanı düşünməyə sövq edir. İndi isə gəlin Ermənistanın özündə erməni "soyqırım"ı ilə bağlı səslənən ideyalara diqqət ayıraq. "Erməni soyqırımı ilə bağlı ümumerməni bəyannaməsi Ermənistan üçün üzücü nəticələrə səbəb olacaq".Belə bir bəyanatla Erməni Milli Konqresinin lideri, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan çıxış edib.Martın 1-də İrəvanın mərkəzində keçirilən mitinqdə çıxış edən L. Ter-Petrosyan bildirib ki, sözügedən bəyannamənin qəbulu ilə xarici siyasətin əsaslarında Türkiyəyə qarşı məlum tələblərin irəli sürülməsi məsələsi yer alacaq.
"Bu qəfil dönüşün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil. Həmin bəyannamə Qarabağ nizamlanmasında və erməni-türk münasibətlərində müəyyən maneələr törətməklə, bizə beynəlxalq aləmlə problemlər yaradacaq", - deyə o vurğulayıb. Öncəliklə bunu yada salaq ki, ümumerməni bəyannaməsi deyiləndə bu nəzərdə tutulur ki, dünyada yaşayan bütün ermənilər belə bir bəyannamə imzalayır və bəyannaməyə əsasən Türkiyəyə qarşı ağır sanksiyaların tətbiqi , müavinət ödəmə, torpaq iddiası kimi məsələlər gündəmə gətirilir. Maraqldır, bəs nədən Ermənistanın keçmiş prezidenti bundan narahatdır? İlk baxışda ciddi qəbul olunmayan bu tələblər əslində Dağlıq Qarabağ probleminin Ermənistan üçün ikinci dərəcəli məsələyə çevrilməsi deməkdir. Başqa tərəfdən bu proses sonunda erməni toplumunun psixologiyasına təsir edəcək. Çünki faktlar da sübut edir ki, ermənilərin nə tarixi vətəni olub, nə də çox geniş maddi-mənəvi zənginliyi. Ona görə də ermənilər tarixən həyatda ancaq yalan, şər, yaltaqlıq, uydurma və ya terror nəticəsində qorunmağa çalışıbar, bu psixologiya nəsildən-nəsilə ötürülüb və indi də davam etməkdədir. Amma terror və tələb nəzəriyyəsində hədəfdə ciddi dəyişikliyin olması erməniləri növbəti uçuruma yuvarlayacaq. Bunlar nədir?
1. Dünya, erməni toplumunun ətraf xalqlara total şəkildə ikrahla yanaşmasının şahidi olacaq. Bu isə müasir dünyamızda qəbul olunmur. Məsələn, dövlət səviyyəsində belə xət yürüdən İran, Şimali Koreya kimi dövlətlərdir. Bu dövlətlər faktiki olaraq özlərini dünyadan təcrid ediblər və bu təcrid sonda ciddi qarşıdurmalar, müharibələrlə əvəzlənəcək. Hazırda növbəti Şimali Koreya və ya İran geyimi Ermənistanın əyninə biçilir və bunu edən elə erməni lobbisinin özüdür. Digər tərəfdən artıq məlumdur ki, yüz il boyu "soyqırım" yalanını dünyaya qəbul etdirmək istəyən Ermənistan tam fiaskoya uğradı və növbəti yüz illikdə bu məsələni yenə aktiv şəkildə gündəmdə saxlamaq mənasızdır. Çünki dünya nə ötən yüzillikdəki dünyadır, nə də Türkiyə Osmanlı xarabalığı üzərində yenicə ayağa qalxmağa çalışan Türkiyədir. Ən əsası isə artıq dünyada Azərbaycan faktoru var və etiraf etmək lazımdır ki, Azərbaycan diplomatiyası son on ildə Ermənistana öldürücü zərbə vurmağı bacardı və bu zərbələr daha da ciddiləşəcək.
2. Ermənistan və erməni toplumu bu bəyannamədən sonra müəyyən güclər tərəfindən daha radikal şəkildə istifadə olunacaq. Gəlin bu məsələyə daha ətraflı şəkildə yanaşaq. Bu gün Türkiyə 40 il bu dövlətin siyasətinə, iqtisadiyyatına öldürücü zərbə vuran PKK problemindən demək olar ki, xilas olmaq üzrədir.Bu günlərdə PKK lideri Abdulla Öcalan bir daha bəyanatla çıxış edərək silahları yerə qoymağı istədi. Belə olan halda Türkiyə daha münbit mühitə düşəcək ki, bunu da kifayət qədər ciddi gücə sahib olan müəyyən qüvvələr həzm edə bilməyəck və yeni milli münaqişə ocağı yaratmaq üçün çıxış yolları axtaracaqlar. Belə olan halda sözsüz ki, yenə Türkiyədə yaşayan ermənilərdən istifadə olunacaq və bu gün müzakirə olunan bəyannamə də əslində məlum yeni münaqişəyə hazırlıq kimi qəbul oluna bilinər. Söhbət erməni "soyqırımı"nın tanıdılmasından, konkret olaraq Türkiyə daxilində ermənilərin muxtariyyət tələb etməsi ilə əvəzlənməsindən gedir. Məlum olduğu kimi PKK-nın silahları yerə qoyması üçün Türkiyə hakimiyyəti müyyən şərtlər qəbul edib ki, bunlardan birincisi konstitusiyada dəyişikliyin edilməsidir. Çox böyük ehtiaml ki, bu dəyişiklikdən sonra kürdlərə mədəni muxtariyyat da daxil olmaqla müyyən güzəştlər veriləck. Belə olan halda Türkiyədə yaşayan ermənilərin təşkilatlanması və əlavə üstünlüklər əldə etmələri qaçılmaz olacaq. Məsələn, bu gün Ermənistan açıq şəkildə Türkiyəyə qarşı torpaq iddiasındadırlar və Ağrıdağ dağı belə Ermənistanın dövlət gerbində əks olunub. Deməli, yaranmış şəraitdən istifadə edən qüvvələr Türkiyə ermənilərini aktivləşdirməklə bu gün Ermənistanın iddia etdiyi Türkiyə ərazilərində muxtar erməni respublikasının yaradılması mərhələsinə keçid edəcəklər ki, nəticədə regiondakı ovqat tamamən dəyişəcək.Beləliklə Ermənistan özü üçün ikinci uğursuz Dağlıq Qarabağ münaqişəsi yaradacaq və nəticəni təxmin etmək o qədər çətin deyil. Amma erməni lobbisi belə bir cəbhənin açılmasına ən azından iki səbəbə görə məcbur olacaq. Birinci səbəb, erməni "soyqırım"ı kartının əllərindən çıxmasına görə yeni kart əldə etməyə çalışmaq istəyi səbəbindən, ikincisi, erməni lobbisi dünya güclərinin əlində bir vasitəyə çevrilib və verilən sifarişi yerinə yetirməyə məcburdurlar. Məhz bu faktorları nəzərə alan bəzi erməni siyasətçiləri, ziyalıları indidən yeni uçuruma yuvarlanmağın qarşısını almağa çalışırlar.Amma bir məsələni də unutmayaq ki, yüz il ərzində erməni toplumunu erməni "soyqırımı" ilə aldadan Ermənistan rəhbərliyi və erməni lobbisi indi çıxılmaz duruma düşüb. Çünki artıq toplum onları idarə edənlərə olan inamlarını tamamilə itirmək ərəfəsindədirlər.