Milli Şuradan dahi bir istefa
Milli Şuradan dahi bir istefa

Milli Şuranın Koordinasiya Mərkəzinin sabiq üzvü Yeganə Hacıyeva bu qurumda fəaliyyətini dayandırıb.
Y.Hacıyeva bildirib ki, daha gənc komanda ilə parlament seçkilərində iştirak etmək niyyətindədir. O, Milli Şurada fəaliyyətinin dayandırmasının səbəblərini də açıqlayıb: "Hesab etdim ki, seçkilərdə proseslərə başqa cür baxan komanda ilə iştirak edim. Çünki bir siyasətçi üçün ən önəmli şey illər sonra qarşısına qoyduğu hədəflərə çatıb-çatmamasını dəyərləndirməkdir. Əgər uzun müddət bir nəticə yoxdursa, prosesi dəyərləndirmək lazımdır, harada düz, harada səhv etdiyini anlamalısan. Buna görə də reallıqları nəzərə alıb, ən optimal variantı seçmək lazımdır. Mən də düşündüm ki, ən optimal variant "125"-lər siyasi klubunda siyasi fəaliyyəti davam etdirməkdir və seçkilərdə iştirak etməkdir".