Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə "Ford Tranzit markalı, yük avtomobilində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətiriləcəyi barədə məlumat daxil olub.

Unikal.org Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına ərik yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford Tranzit markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.Yoxlama zamanı avtomobilin yük yerindəki ərik yeşiklərinin arasından, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 16 min ədəd siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.