AAAF Parkda çinli iş adamı, dizayn üzrə mütəxəssis Şü Cilayın layihələşdirdiyi musiqili fəvvarə artıq istifadəyə verilib. Çinli mütəxəssislərin üzərində işlədiyi fəvvarə rəngarəng işıqları və musiqi effektləri ilə diqqət çəkib.

Unikal.org bildirir ki, xüsusi proqramlaşdırılmış sistemlə işləyən fəvvarənin üstün xüsusiyyəti musiqi ritminə uyğun hərəkət etməsidir.
"Zirvə restoranı ərazisində qurulan musiqili fəvvarə qonaqların da marağına səbəb olub.

Siz də ləzzətli təamlar dadaraq, canlı musiqi sədaları altında xoş mənzərəni izləyərək istirahət etmək istəyirsinizsə yolunuzu AAAF Parkdan salın.