Avstriyanın Konstitusiya Məhkəməsi səslərin doğru sayılmadığını bildirərək, seçkilərin nəticələrini tanımayıb və yenidən seçki keçirilməsinə qərar verib.
Xatırladaq ki, Avstriyada 1 ay bundan öncə keçirilən seçkilərdə radikal sağçı "Azadlıq Partiyasının namizədi Norbert Hofer və "Yaşıllar Partiyasının namizədi Aleksandr van Bellen yarışırdı.

Həmin vaxt Aleksandr van Bellenin cəmi 1 faiz üstünlüklə qalib gəldiyi bildirilmişdi.
Əgər təkrar seçkilərdə N.Hofer qalib gəlsə, o, Avstriya tarixində seçilmiş ilk radikal sağçı prezident olacaq.

Konstitusiya Məhkəməsi bundan başqa ölkə prezidenti Hayntz Fişerin yerinə müvəqqəti olaraq, 3 millət vəkilindən ibarət heyətin keçməsinə qərar verib.

Maraqlıdır ki, həmin millət vəkillərindən biri də elə Norbert Hoferin özüdür.