Anasının israrlı xahişiylə evlənirdi. Heç vaxt çıxmamışdı Həlimə xanımın sözündən. Toya hazırlıq isə uzun çəkmişdi. Hələ bir ay əvvəldən bütün xırdalıqları ölçüb-biçmişdilər. Qərara gəlmişdilər ki, toy iki gün olsun. Birinci gün yerli camaat üçün, ikinci gün kənardan gələnlər. Kənardan gələnlər isə çox deyildi. 30 nəfər ancaq olardı. Amma həmin gün elə məhz o 30 nəfər üçün mütləq məclis qurulmalıydı. Həm də başqa səbəbə görə.
Biz həmin səbəb, toydan sonra baş verənlər barədə yazacağıq. Amma hələlik nə az, nə çox - toydan 20 il əvvələ, 1975-ci ilə qayıdırıq.
***
...Xalq Təsərrüfatı İnstitutuna anasının xahişi ilə daxil olmuşdu. Orta məktəbi əla qiymətlərlə bitirib, o dövrün yeganə universiteti olan ADU-ya sənəd vermək istəyirdi. Özü də tarix fakültəsinə. Həm tarixi yaxşı bilirdi, həm də tarix fakültəsi sovet dövründə gələcək karyera üçün perspektivli fakültələrdən hesab edilirdi.
"Narxoza yaxşı qiymətlərlə daxil oldu. Birinci kursda artıq bütün institut bu istedadlı tələbədən danışırdı. O vaxt bu ali məktəbin rektoru olan Zeynal Ələkbərov təhsilini davam etdirmək üçün onu Leninqrada göndərmək istəyirdi. Elə bu sevinclə də rayona, evlərinə qayıtmışdı. Anası Həlimə xanımın sevincinin həddi-hüdudu yox idi. İki ay dincələndən sonra yenidən Bakıya qayıdacaqdı. Rayonda Leninqrada getmək üçün bəzi sənədləri düzəltməliydi. Rektorluqda isə artıq göndərişi belə hazır idi.
Avqustun 27-də Bakıya qayıdır. İnstitutun dəftərxanasında ona bildirilər ki, bir neçə gündən sonra yola düşəcək. Axşam qaldığı evə gəlir. Nəsə darıxır. Küçəyə çıxır. Tələbə yoldaşlarının yanına gedir. Çayxanaların birinə yığışıb söhbət edirlər. Söhbətin şirin yerində, elə həmin institutun tələbələrinin biri söyüş söyür. Onu sakitləşdirməyə çalışırlar. Amma adam içkili olduğundan idi, ya nə, daha kobud danışmağa başlayır. Dostlar durub getmək istəyəndə isə növbəti, özü də ağır söyüş məhz ona ünvanlanır. Qeyri-ixtiyari əlini bıçağa atır və vurur-¦ Bir bıçaq zərbəsi, məhz bu bıçaq zərbəsi onun həyatını tamamilə dəyişir. O, tamam başqa bir yolun yolçusuna çevrilir. Həmin yolun yolçularının "böyük qardaşına-¦
***
Hə, toydan danışırdıq axı yuxarıda. 1995-ci il idi. Başı min bəla çəkmiş, Azərbaycanın, keçmiş SSRİ-nin ən ağır zindanlarını görmüş "Böyük qardaş özünə toy edirdi. Dedik axı, iki gün çəkəcəkdi toy. Həmin iki gündə rayon elə bir izdiham görməmişdi. Və belə bir izdiham bir də 11 il sonra olacaqdı. Onun dəfnində.
Yaxın qohumu danışır:
"Nə bilim qardaş, 2-3 min adam gəlmişdi toya. Birinci gün öz camaatımız iştirak etdi, ikinci gün kənardan gələn qonaqlar. 30 nəfərədək "vor gəlmişdi o toya. Rusiyadan, Gürcüstandan, Ukraynadan. Hətta Albaniyadan gələn də vardı. Böyük toy idi e, çox böyük. Təsəvvür eləyin, 7-8 musiqi ansamblı dəvət olunmuşdu. Niyaməddin Musayev, skripkaçı Kazbek, Ağaxan Abdullayev, yadımda qalan bunlardı. Rəqs ansamblı da vardı. Meyxanaçılar heç də, onlarsız olar ki? "İnturistin ofisiantlarını çağırmışdılar. 50-dən çox ofisiant idi. 12 nəfər xüsusi aşpaz dəvət edilmişdi. Yadımdadı, "vorlar Ağaxana bir muğam sifariş verdilər. Zalım oğlu elə zəngulə vurdu ki, pul xəzəl kimi axdı üstünə. Hələ sən bəyi oynadanda görəydin. Anasıyla oynayanda o qədər pul atdılar ki, 10 nəfər süpürgəylə yığıb-yığışdıra bilmirdi. Ehhh-¦hardan yadıma saldın? Uşaqlarının üzünü də düz əməlli görmədi. İki uşağı qaldı...
Həmin toydan sonra isə mərasimə gələn qonaqlar dağılışmırlar. Çünki başqa bir mərasimə şahidlik edəcəkdilər. Həmin vaxt mərhum Lotu Bəxtiyar təklif edir ki, məhz bu toy günü iki nəfəri "koronovat edib, "qanuni oğru adı verilsin. Təklif bütün qardaşlar tərəfindən qəbul edilir. Oğruların həmin toplantısında Bəxtiyardan başqa Mirseymur, ağbaş Çingiz və kənardan gəlmiş tanınmış avtoritetlər də iştirak edir. Bir neçə gündən sonra keçmiş SSRİ-nin bütün zonlarına iki azərbaycanlı "qanuni oğrunun taclandırılması barədə xəbər yayılır. Oğru adını alanlar "Masallı Mamedlə "Dağlı Cavanşir idi. Onların "koronovat olunduğu yer isə Sabirabad idi. Daha dəqiqi, "Sabirabadlı Hikmətin toy mağarı-¦
***
1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkənd kəndində anadan olmuşdu Hikmət. 18 yaşında, yuxarıda söhbət açdığımız cinayəti törətmişdi; Bakı şəhər Prokurorluğunun müstəntiqinin oğlunu vurmuşdu və ilk məhkumluğunu yaşamışdı. Düz 3 il. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələcdəki zonda çəkmişdi. Həbsdən çıxandan sonra yenidən təhsil almaq istəyi ölmüşdü. Həyat onu başqa dünyaya sürükləyirdi. Elə bir dünyaya ki, bir neçə il keçəcəkdi və o, həmin dünyanın əfsanələrindən birinə çevriləcəkdi.
"Başını qatmağa bir iş tapmışdılar onun üçün. Elə həmin işinə gedib-gəlirdi. Yenə elə bil Allah onun qabağına mərdimazarın birini çıxardı. Həm də bilirsiz necəydi? Haqsızlığa dözə bilmirdi. Zəif adamların incidilməsini həzm edə bilmirdi. Əzilənin himayədarı idi. Elə bir boy-buxunu da yox idi ki, deyim kimisə döyüb cəzalandırırdı. Elə sözlə, məsəllə, rəvayətlə başa salırdı. Çox oxuyurdu, çox.
Bir gün yenə Sabirabadda çayxanada oturublarmış. Söhbət zamanı məlum olur ki, yazığın birini bir qoluzorlu incidir. Həmin adamı çayxanaya çağırıb, bu işə son qoymağı tələb edir. O, kobud cavab qaytarır. Hikmət yenə səbrini basır. Amma ard-arda söyüşlər eşidir. Hikmət həmin adamı vurur. Məhkəməsi 81-ci ildə keçirilir. 7 il azadlıqdan məhrum edilir. Cəzasını çəkmək üçün Rostova göndərilir. Rostovdakı zonda keçmiş SSRİ-nin Mixail, "Kotovski, "Kolya Lebed kimi nüfuzlu "qanuni oğruları ilə tanış olur. İttifaqda "qırmızı zon kimi tanınan Rostov zonunu qısa zamanda "qaraya çevirirlər. Bununla barışmayan düşərgə rəhbərliyi onu 3 dəfə ardıcıl olaraq on beş sutkalıq karserlə cəzalandırır. Dördüncü dəfə karserə salınanda isə müddətsiz aclıq aksiyasına başlayır. Və Hikmətin ardınca düşərgədə cəza çəkən 600-dən çox məhbus da aclığa başlayır. İş o yerə çatır ki, bu barədə Moskvada da xəbər tuturlar. Zona xüsusi komissiya göndərilir. Tez-tələsik məhkəmə qurulur. İşinin üstünə 3 il də əlavə olunur...
Amma onu Rostovda çox saxlamırlar. Hikmətin dustaqlar arasında nüfuzundan ehtiyat edən rəhbərlik bu barədə yuxarılara məruzə edir. Qərara gəlinir ki, o, Novoçerkasskdakı qapalı həbsxanaya göndərilsin. Novoçerkasskda isə dustaqlar onu böyük sevinclə qarşılayırlar. Sən demə, Rostovda baş verənlər barədə burda artıq xəbərdar idilər. Məhz bu həbsxanada ona "Böyük qardaş ləqəbini verirlər.
Amma "Böyük qardaşı burada da çox saxlamırlar. Novoçerkasskdan şimala, Vorkutaya etap edirlər.
Daha sonra isə SSRİ-nin şn qəddar və qapalı həbsxanası olan "Vladimrski Sentrala-¦ O "Sentralakı 1990-cı ilin martında ona "qanuni oğru adı veriləcəkdi-¦ Özü də elə bir şəxs tərəfindən ki-¦