İyulun 1-də Tiflisdə ATƏT Parlament Assambleyasının 25-sessiyası keçirildiyi "Ekspo-Corciya sərgi mərkəzində azərbaycanlı jurnalistlər tərəfindən erməni nümayəndələrinin təxribatının qarşısı alınıb. Unikal.org APA-ya istinadən xəbər verir ki, tədbirdən xəbərlər yayan Azərbaycan jurnalistləri bir neçə dildə nümayiş etdirilən "Bütün dünya nişan alınır, Ermənistana atəş edilir adlı kitab barədə ATƏT Parlament Assambleyasının müvafiq strukturu məlumatlandırılıb və təxribat yönümlü ədəbiyyat foyedən yığışdırılıb.
355 səhifədən ibarət kitabda "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibinə qaytarılmayacaq, "Rusiyanı nişana alır, Ermənistana güllə atırlar və digər yalan, təxribat dolu məqalələr yer alıb.
Qeyd edək ki, kitabın müəllifi 1949-cu il təvəllüdlü Ermənistan parlamentinin deputatı, ATƏT PA-dakı daimi nümayəndəliyinin rəhbəri Artaşes Qeqamyandır.