Fövqəladə Hallar Nazirliyinin (FHN) sosial proqramına uyğun olaraq nazirliyin əməkdaşları üçün inşa olunmuş 12 mərtəbəli, 48 mənzilli yaşayış binalarından növbətisi istifadəyə verilib.

FHN-nin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, mərasimdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev iştirak ediblər.

Mərasimdə çıxış edən nazir müavini Faiq Tağızadə bildirib ki, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycan prezidenti İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində müasir tələblərə cavab verən və hər cür şəraiti olan mənzillər istifadəyə verilir. Mənzil alan əməkdaşları təbrik edən nazir müavini əmin olduğunu bildiribki, dövlətin bu dəyərli hədiyyəsi onların daha əzmkar fəaliyyət göstərmələrinə əlavə təkan verəcək.

SonraFövqəladə Hallar Nazirliyiişçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək mənzil alan əməkdaşları təbrik edib, rəhbərlik etdiyi təşkilat adından ölkə başçısına təşəkkür edib.

Yeni mənzil alanlar adından çıxış edən Fövqəladə Hallar Nazirliyinin zabiti, baş leytenant Rafael Haqverdiyev və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş daxili xidmət baş çavuşu Zaur Eyvazovun atası Tahir Eyvazov nazirliyin əməkdaşlarının və onların ailələrinin sosial problemlərinin həllinə göstərdiyi ali diqqətə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevə təşəkkür edib, bunun əməkdaşların daha böyük ruh yüksəkliyi ilə xidmət göstərməsinə səbəb olduğunu bildirib.

Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan yaşayış binasıFövqəladə Hallar NazirliyiƏsaslı Tikinti İdarəsinin sifarişi və "Azkommunlayihə Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müasir standartlara uyğun olaraq inşa edilib.