İmişli rayonunun Şahverdili kəndində 2 minə yaxın ot bağlamasının olduğu taya yanıb.

Unikal.org EL TV (Region TV)-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında İmanovlar ailəsinə məxsus fərdi təsərrüfatda qeydə alınıb.

Naməlum səbəbdən tayada başlayan alov qısa müddətdə güclənib. Tövlənin bir hissəsi və telefon xətti çəkilən dirəklər də yanıb. Alov ev quşlarından bir neçəsinin tələf olmasına səbəb olub. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb və 15 ton otun 8 tonu yanğından mühafizə olunub. Alovun yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır. "500 bağ mənim ot bağlamam,1500 bağ isə atama məxsus ot bağlaması yanıb. Qonşunun elektrik sayğacı, telefon xətti çəkilən dirək, tövləm və yaşayış evimin pəncərələrindən biri yanıb. 6-7 baş da toyuq yanıb", - deyə İmişli sakini İxtiyar İmanov bildirib.