Şəmkirdə evdən oğurluq etmiş şəxs tutulub.

Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Afət Həsənovaya məxsus evdən 20000 rubl pul və ərzaq məhsulları oğurlamış şəxs müəyyənləşdirilib. Kür qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elman Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.