Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayış nəticəsində xəsarət alan 6 nəfər ilkin olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, onların vəziyyəti ağırdır. Hazırda təcili yardım briqadaları hadisə yerindədir. Köməyə ehtiyacı olan yaralıların xəstəxanaya gətirilməsi davam etdirilir. Bildirilib ki, yaralı sayının artacağı istisna edilmir.