Daşkəsəndə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə hadisə bu gün axşam saatlarında rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

Məlumata görə,"PAZ markalısərnişin avtobusunundərəyə aşmasınəticəsində sürücü ölüb, bir neçə nəfər isə xəsarət alıb. Xəsarət alan Zəylik kənd sakinləri 1994-cü il təvəllüdlü Tural Cəlalov və həmyaşıdı Fərid Dalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.