"Bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki "Araz zavodunda baş verən hadisə zamanı Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasında xəsarət alanlar olmayıb.

Unikal.org məlumat verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd edək ki, ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Arazzavodunda partlayış baş verib. Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb.