Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.

Unikal.org-a Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində Araz zavodunun iki əməkdaşı - Ağamir Allahyar oğlu Məmmədov və İlhamə Əsgər qızı Nuriyeva dünyasını dəyişib.

Cəsədlər Şirvan Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz zavodunun utilizasiya sahəsində partlayış baş verib.

Hadisə nəticəsində 24 nəfərmüxtəlif dərəcəli bədən xəsarətləri alıb.