ABŞ dünyanın ən güclü və nüfuzlu ölkəsidir. Ölkə demək olar ki, sonsuz hərbi imkanları ilə lovğalana bilər. Və təbii ki, belə bir ölkənin hərbi sferasında bir çox sirlər var. Onların mövcudluğu haqqında hətta bütün hərbi komandirlər bilmirlər.

Unikal.org publika.az-a istinadən ABŞ-ın hərbi sirlərindən bir neçəsini təqdim edir.

1. Boeing X-37

Bu tam məxfi təyyarə hazırda kosmosda - Yer planetinin orbitindədir. Heç kəs onun orada niyə olduğunu dəqiq bilmir. Bəziləri yəqin ki, onun nəyə lazım olduğu bilirlər, amma bu insanların sayı çox azdır. Təyyarə 2010-cu ildə orbitə buraxılıb və onun idarəsi tamamilə avtomatikdir.

2. Pakistanda ordu

Çoxları ABŞ-ın İraq və Əfqanıstanla münasibətləri haqqında bilirlər. Pakistanla münasibətlər haqqında necə? ABŞ-ın Yaxın Şərq ölkələrinin əksəriyyəti ilə münasibətləri çox da yaxşı deyil. Amma ABŞ Pakistan ordusu və kəşfiyyatı ilə əməkdaşlıq edir, hətta bu ölkənin əsgərlərindən ordu yaradıb. Bu orduda Amerika təlimatçıları təlim keçirlər. ABŞ və Pakistanın kəşfiyyat xidmətlərinin məxfi razılaşması mövcuddur. Razılaşma hər iki ölkəyə "Əl-Qaidə ilə effektiv mübarizə aparmağa kömək edir. Mümkündür ki, Yaxın Şərqdə hadisələrin inkişaf sürətini nəzərə alaraq sözügedən ordu, həmçinin Amerika təlimatçıları burada artıq mövcud deyil.