İrəvanda polis post-patrul xidməti alayının binasını ələ keçirən silahlı dəstənin üzvləri ətrafa pərakəndə atəş açırlar.

Unikal.org-un məlumatına görə, bu barədə Ermənistan polisinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aşot Aqaronyan məlumat verib.

"Hazırda silahlı dəstə tərəfindən ələ keçirilən PPX alayı ərazisindən müxtəlif istiqamətlərdə pərakəndə şəkildə atəş açılır. Bununla da yaxınlıqdakı evlərin sakinləri və orada xidmət çəkən polis əməkdaşlarının həyatı üçün təhlükə yaranmış olur, -” deyə Aqaronyan öz "Facebook səhifəsində yazıb.