Rusiya prezidenti Vladimir Putin Suriya rəhbərliyi ilə birgə Hələb şəhərində genişmiqyaslı humanitar əməliyyat keçirilməsinə dair tapşırıq verib.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Şoyqunun sözlərinə görə, əməliyyatın əsas məqsədi mühasirəyə alınan şəhərdən insanların çıxa bilməsi üçün dəhlizlərin yaradılmasıdır.

Nazir bildirib ki, münaqişə tərəflərinin barışdırılması üzrə Rusiya Suriya rəhbərliyi ilə birgə Hələbdən dinc sakinlər və yaraqlıların çıxması üçün bir neçə dəhliz açacaq. Yerli sakinlərə, həmçinin isti yemək və tibbi yardımın da verilməsi nəzərdə tutulub.