Türkiyənin Kayseri vilayətində Boydak Holding-in Direktorlar Şurasının rəhbəri Mustafa Boydak saxlanılıb.

Unikal.org bu barədə Trend-ə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, həmçinin holdinqin İdarə Heyətinin üzvü Şükrü Boydak da saxlanılıb.

Hazırda saxlanılanların yaşayış yeri üzrə axtarışlar aparılır.

Məlumata görə, həmin şəxslər Fəthullah Gülənin terror təşkilatına maliyyə yardımı ayırmaqda ittiham olunaraq saxlanlılıblar.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.