"ANS Müstəqil Yayım və Media Şirkəti televiziyanın yayım lisenziyasının ləğvi ilə bağlı verilmiş məhkəmə qərarını aldığı vaxtdan 3 gün ərzində kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edə bilər.

Unikal.org bildirir ki, bunu "Reporta açılamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin müdiri Nemət Cavadov deyib.

Onun sözlərinə görə, lisenziya məhkəmə qərarı ilə ləğv edildiyi üçün ANS Müstəqil Yayım və Media Şirkəti lisenziya üçün MTRŞ-ya təkrar müraciət edə bilməz.
Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində MTRŞ-nın "ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılıb və şirkətin lisenziyası ləğv edilib.