Xəbər verdiyimiz kimi, 

Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycanın kino xadimlərinin "Tərəqqi medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Unikal.org xəbər verir ki, Prezident bir sıra kino aktyorları da mükafatlandırıb. Belə ki, Azərbaycanının görkəmli kino xadimi Şamil 

Süleymanlını 

"Xalq artisti fəxri adı ilə təltif edib. 

Qeyd edək ki, Şamil Süleymanlı 1955-ci il may ayının 11-də Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Azərbaycanfilm" kinostudiyasında işləyərək bir çox filmlərdə çəkilib.
Sürücünün aqibəti (film, 1973) - sürücü
Baladadaşın ilk məhəbbəti (1974) - Baladadaş
Tütək səsi (film, 1975)- Cümrü
Bağçada rahat yer (1978)- Qəzənfər
Diplom işi (film, 1979)- (Mahmud)
Anlamaq istəyirəm (film, 1980)(ikiseriyalı bədii film)-rol: işıqforu təmir edən
Qızıl uçurum (film, 1980)
Axtaran tapar (film, 1980)- rol: Satıcı
Babamızın babasının babası (film, 1981) - Əziz
Üzeyir ömrü (film, 1981) - Fərəcov
Ucar lətifəsi (film, 1981) - rol: "Jiquli" sahibi
Evlənmək istəyirəm (film, 1983) - Şamil
Mübadilə (film, 1983)
Yanlış da bir naxışdır (film, 1984)
100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan â„– 100)
Bəlkə... (film, 1985)
Bəyin oğurlanması (film, 1986) - Həsən
Gözbağlıcı (film, 1986)
Hədiyyə (film, 1986)
Tələ (film, 1990)
Vəssəlam-şüttəmam (film, 1990)
İntihar (film, 1991)
777 â„–-li iş (film, 1992) (tammetrajlı bədii film)
Etiraf (film, 1992) - Adil
Səhər (veriliş, 1995)
Yuxu (film, 2001)- Alverçi
Salur Qazanın evi talandığı boy (film, 2001)
Ərazi (film, 2005)
Əlvida, cənub şəhəri (film, 2006)
Qızlar (film, 2007)
Qoy oturmuşuq (veriliş, 2007)
Günaydın, mələyim! (film, 2008)
Ölüm növbəsi (film, 2009)
Əlavə təsir (film, 2010)
Qardaşımdan yaxşısı yox idi (film, 2010)
Çölçü (film, 2012)
Dolu (film, 2012)
Sübhün səfiri (film, 2012)
Tabutçunun yelləncəyi (film, 2012)[2]
Mahmud və Məryəm (film, 2013)
Ləkə (teleserial, 2013)
Axınla aşağı (film, 2014)
Peşmançılıq (film, 2014)
Ay Brilliant (film , 2015)
Fədakar (film, 2015)
Yarımçıq xatirələr (film, 2015)