Türkiyədə Fətullah Gülənin kitabları qadağan edilib.Unikal.org "Report"a istinadən bildirir ki, bununla bağlı Bakırköy Sülh Cəza Məhkəməsi hökm verib.

Məhkəmənin qərarına əsasən, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən tərəfindən yazılan kitablar, CD, DVD və digər elektron materialların çapı, yayılması və satışına qadağa qoyulub.