Türkiyənin Hakkari vilayətində PKK terrorçularının etdiyi hücum nəticəsində 5 əsgər şəhid olub, 8-i yaralanıb.

Unikal.org "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, yolda yoxlanış aparan əsgərlər iriçaplı silahlardan atəşə tutulub.

Yaralı əsgərlər xəstəxanalara göndərilib. Qarşıdurmanın davam etdiyi bölgəyə çox sayda zirehli texnika cəlb edilib. Bölgədə hava dəstəkli əməliyyat davam edir.