60 yaşlı amerikalı aktyor Cerri Doyl (Jerry Doyle) dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, evdə qapını dəfələrlə döyən aktyorun yaxınları, cavab gəlmədiyini görüncə polisə xəbər veriblər.

Evə girən polis Doyluncəsədini tapıblar. Hələlik heç bir cinayət izi aşkarlamayan polislər, ölümün dəqiq səbəbinin ekspertizadan sonra bilinəcəyini söyləyiblər.

Qeyd edək ki, Doyl 1994-1998-ci illərdə yayımlanan "Babylon serialındakı Mayk Qaribaldi (Michael Garibaldi) adlı polis rolunu canlandırıb.

Cerri Doyl ölümündən öncə kanalların birində "The Jerry Doyle Show verilişində aparıcı işləyirdi