Londonda "Nottinq Hill Festivalına qatılan 31 yaşlı müğəni Lili Allen içki butulkalarını bir an olsun əlindən yerə qoymayıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, festivalda narkotik maddə də istifadə edən 2 uşaq anası Lili bir müddət sonra ayaq üstündə durmağa çətinlik çəkib.

Yerlərdə sürünən ifaçını sevgilisi Mak Meridian Dan çiyninə alaraq məkandan çıxarıb.

Evində özünə gəldikdən sonra 5,86 milyon izləyicisi olan Tvitter hesabında açıqlama yazan L.Allen, boş mədəyə içki içdiyi üçün o vəziyyətə düşdüyünü deyib.

Qeyd edək ki, "Nottinq Hill Festivalına hər il 500 mindən çox insan qatılır.