Ermənistanın dünən keçirdiyi paradda "İsgəndər-M" operativ-taktiki raketləri və "Smerç" reaktiv yaylım atəşi sistemləri, "Buk-M" zenit-raket kompleksləri, "Avtobaza" radioelektron mübarizə sistemi, S-300 zenit-raket kompleksləri də nümayiş olunub.Bununla yanaşı, hərbi paradda Rusiya istehsalı olan "Skad" ballistik raket divizionu da meydandan keçib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Unikal.org-a müsahibəsində keçirilən parad, bundan başqa Ermənistanın Ağdamın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirməsinə münasibət bildirib. O, nümayiş etdirilən "İsgəndər-M" raketi barədə də danışıb.
Millət vəkili ilə söhbətləşməni təqdim edirik:

-Aydın müəllim, bildiyimiz kimi dünən Ermənistan hərbi parad keçirdi. Bundan başqa bir neçə gündür Ağdamın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirirlər. Sizcə Ermənistan bununla nə demək istəyir? Bu hadisələr Ermənistanın hələ də Aprel döyüşləri şoku yaşadığını dmeəyə əsas verirmi?

-Parad çox zəif keçdi. Hesab edirəm ki, paraddan-parada Ermənistan silahlı qüvvələrinin zəifliyini, silahla təchizatınıda ciddi problemlərin, eyni zamanda hərbi imkanlarının səvyyəsinin aşağı olduğunu görürük. Bunu tək xarici müşahidəçilər deyil, Ermənitan ictimaiyyətində də kifayət qədər hiss edirlər. Serj Sarkisyanın çıxışında Ermənistan Dağlıq Qarabağ münaqişəsinə yeni bir yanaşması, bu problemin həlli üçün səy göstərməsi hiss olunmadı. Bunu Ermənistandan gözləməyə də dəyməz. Ermənistan ictimiayyəti bu gün Serjs Sarkisyan və onun komandasından parad deyil, onları qanlı müharibədən çıxarmaq yolunu gözləyir. Bu, əlbəttə, onun hakimiyyəti dövründə mümkün olmayacaq. 

Paradda Qriqoryan kilsəsinin keşişinin hərbçilərlə eyni sırada addımlaması da gülünc idi...

Paradda Qriqoryan kilsəsinin keşişinin hərbçilərlə eyni sırada addımlaması Ermənistanda kilsənin dini vəzifələrə deyil hərbi diktaruranın yaranmasına xidmət etdiyi hiss olunur. Dünyanın heç bir yerində din xadimləri siyasətə qoşulmur. Xüsusən də onların hərbi quruculuqda iştirak etməsi tamamilə absurd məsələdir. Bunun özü Ermənistan dövlətçiliyinin sivil, normal qaydalardan uzaq olduğunu göstəririr. Dünən toyu olan hərbçimiz İlkinin komandirləri ilə söhbət etdim. Onlarda ruh yüksəkliyi inam var idi. Cəbhə xəttində Azərbaycanın mövqeyinin güclü, istənilən an tapşırıq yerinə yetirmək iqtidarında olduğunu bildirdilər. Proseslər Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin gücləndiyini, Ermənistanın təkcə xarici siyasət və hərbi məsələdə deyil, dövlətçilik mübarizəsində də uduzduğunu göstərir.

-Paradda bir çox diqqət çəkən məqamlar oldu. Misalçün, erməni generalın tez-tez saatına baxması, tribunadakılar öz aralarında nəisə müzakirə etməsi, onların sanki hansısa teatr tamaşasına baxdıqlarını görüntüsünü yaradırdı. Bu barədə nə deyə bilərsiniz?

-Parada olan tələblərin böyük əksəriyyəti demək olar ki, Ermənistanın keçirdiyi mərasimdə yox idi. Bu da aydındır. Parad ənənəsi genetik yaddaşdan, dövlətçilik tarixinin köklərinədən irəli gələn məsələdir. Bu dövlətin gücünü, inamını göstərir. Bunların heç biri olmadığı təqdirdə əlbəttə ki, Ermənistanın keçirdiyi mərasim ancaq komediya əhval- ruhiyyəsində ola bilər.

-Aydın müəllim vacib məqamlardan biri İsgəndər silahının nümayişi idi. Ermənistan hərbi və iqtidasi gücü imkan vermədiyi təqdirdə bu silahı necə və hansı yolla əldə edə bilər?
Məğlub ordu parad keçirir - FOTO

-Bu sualdır. Əlbəttə, cavab tapılacaq, bu aydınlıq gətiriləcək. Ermənistanın bu raketi almağa maddi gücü yoxdur. Rusiya tərəfi bu raketi onlara kreditə və ya başqa hər hansı formada verməsi barədə heç bir məlumat yaymayıb. Bu məsələyə istənilən yolla aydınlıq gətiriləcək. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistanın İsgəndər M raketini almağa pulu yoxdur. Amma bu eyni zamanda imitasiya da ola bilər. Sadəcə olaraq boş bir silah karofkasının maşının üzərində paraddan keçirdədə bilər. 
İstənilən halda siyasi gücü zəif və potensialı olmayan Ermənistanın parad keçirməsinin də heç bir əhəmiyyəti yoxdur.

-Paradda yalnız Rusiya və Çin istehsalı olan silahlar təqdim edildi. Belə çıxır ki,Ermənistanı silahla yalnız bu ölkələr təmin edir. Bu barədə fikirləriniz maraqlı olardı...
Məğlub ordu parad keçirir - FOTO

-Rusiya dünyanın silah satan ən güclü ölkələrindən biridir. Ermənistan apardığı siyasətə görə bu gün silahı ancaq Rusiyadan alır. Ordu saxlamaq, silah almaq böyük vəsait tələb edir. Azərbaycanın 4 milyardlıq dollarlıq hərbi büdcəsi ilə Ermənistanın 480 milyon dollarlıq hərbi büdcəsi heç vaxt müqayisə oluna bilməz. Ermənistanın özü də bunu çox gözəl bilir.

-Bir neçə gündür Ermənistan Ağdamın işğal olunmuş ərazilərində təlimlər keçirir. Sizcə bu təlimlərin məqsədi nədir?

-Ermənistan vaxtaşırı çoxlu provakasiyalar edir. İşğal etdiyi bəzi ərazilərdə hərdən təlimlər keçirməyə çalışır. Azərbayanın bunu Ermənistanın demarş göstərdiyi, problemin sülh yolu ilə həll edilməsinə əhəmiyyət vermədiyi kimi qəbul edir.

Bu ilin aprel ayında biz ermənilərin keçirdiyi təlimlərin nəticəsinin nə olduğunu gördük. Döyüş vaxtı erməni komandirlər yoxa çıxmışdılar. Buna görə də Ermənistanın cəbhə xəttində təlimlər keçirməsinin heç bir əhəmiyyət yoxdur.

-Vəziyyət belə davam edərsə aprel dötüşləri təkrar oluna bilərmi?

-Əgər torpaqlarımız işğaldan azad olunmursa istənilən an döyüşlər təkrarlana bilər.