Bu gün Portuqaliya çempionatında 6-cı turun oyunları keçirilib.

Unikal.org xəbər verir ki, azərbaycanlı futbolçular - Kamran Ağayevlə Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Portu" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə bitib. "Boavişta 5-ci dəqiqədə hesabı açsa da, "Portu 3 qol vurmaqla qələbə qazanıb. Kamran sabiq "Qalatasaraylı Telleşin 86-cı dəqiqədə vurduğu qolda kobud səhv edib.