Türkiyənin İstanbul şəhərində yolun çökməsi nəticəsində xeyli avtomobil çuxura düşüb.

Unikal.org türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Merter ərazisi, Şam küçəsində baş verib. Hadisə nəticəsində 5-dən artıq avtomobil çuxura düşüb. Xilasetmə qrupları hadisə yerinə gəliblər.