Hazırda Yasamal r-nu, Ə.Əhmədov küçəsində yollar və məhəllələr sular altında qalıb.

Unikal.org xəbər verir ki, yolların sular altında qalması nəticəsində "Daewoo markalı avtobus və 7 ədəd avtomobil sular altında qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilas edici qüvvələri və yanğın söndürən avtomobilləri cəlb olunub. Hazırda avtomobillərin xilas olunması və suların təmizlənməsi prosesi gedir.