"Forbes jurnalı 2016 ildə ən çox pul qazanan məşhurların siyahısını açıqlayıb.

Unikal.org qafqazinfo-ya istinadən gözəllikləri qədər gəlirləri də müzakirə olunan 10 məşhur modelin siyahısını təqdim edir:

Gisele Bündchen 33 milyon dollarlıq sərvəti ilə lider olub. Braziliyalı model təqaüdə ayrılsa da, məşhur brendlərlə əməkdaşlıq etməyə davam edir.

Adriana Lima isə 10,5 milyon dollar gəliri ilə siyahıda 2-cidir. " Victoria 's Secretin modeli "Maybellie və "IWC" saatlarıyla əməkdaşlıq edir.

Kendall Jenner 10 milyon dollar gəliri ilə siyahıda 3-cüdür. Ötən il 16-cı sırada olan Jenner bu il böyük uğur əldə edib.

Karlie Kloss 10 milyon dollarlıq gəliri ilə 4-cü sıradadır. 2015-ci ilə nisbətən iki dəfə daha çox qazanan model "Loreal, "Express, "Swarovski kimi brendlərlə əməkdaşlıq edir.

5-ci sırada medianın sevimlisi Gigi Hadidvar. Modelin bu illik gəliri 9 milyon dollardır.
22 yaşlı model "Maybelline, "Tommy Hilfiger kimi markalarla çalışır.

Rosie Huntington-Whiteley 9 milyon dollarlıq gəliri ilə siyahıda 6-cıdır. Whiteleyin bu ili olduqca uğurlu keçib.
Eyni zamanda alt paltar, makiyaj və ətir markaları da olan 29 yaşlı model aktrisa kimi özünü sınayıb.

Cara Delevingnenin 2016-cı ildə əldə etdiyi gəlir 8.5 milyondur.

Candice Swanepoelin bu illik gəliri 7 milyon dollardır.

Model Liu Wenin7 milyon dollar dəyərində gəlir əldə edib. O, "Anna Sui, "Victoria 's Secret, "Vidal Sassoon, "Mango kimi markaların siması olub.

Miranda Kerrin sərvəti 6 milyon dollardır. O, bu il "Bonds və "Wonderbra kimi markaların siması seçilib. Kerrinin "Kora Organics adlı kosmetik markası var.