ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Samira Allahverdi ailəsi ilə bağlı açıqlamalar verib.

Unikal.org-un məlumatına görə, sənətçi bu sənətə gəldiyi üçün hərdən peşman olduğunu gizlətməyib:

"Uşaq vaxtından oxumağa həvəsli idim. Valideynlərim və qardaşım müğənni olmağıma razı olmurdu. Amma indi valideynlər uşaqlarının müğənni olmasına razılıq verir. Gizli-gizli qruplara qoşulub oxuyurdum. Yalandan evdə deyirdim ki, rəfiqəmgilə gedirəm. Hər kəs dövlət televiziyasına gedəndə, valideyni ilə gəlirdi, amma mən tək olurdum. Ona görə də məni heç kim dinləmir, ciddi qəbul etmirdi. Öz-özümə dedim ki, sizə göstərəcəm, məni dinləmədiyiniz üçün peşman olacaqsınız. Mən qapıları döyə-döyə bu sənətə gəlmişəm. Evdə ağlayıb özümü öldürürdüm ki, icazə versinlər. İndi bu sənətdəki haqsızlıqları görüb deyirəm ki, bütün mübarizəm bunun üçün idi? İndi hər verilişə, ad gününə getmirəm. Adamı hər şeydən soyutdular.

Samira sosial şəbəkədə ünvanına yazılan tənqidlərə də münasibət bildirib:

"Şərhlərdə sözlər yazırlar ki, çirkinsən, nə gündəsən, xoşuma gəlmirsən. Şərh yerini birdəfəlik bağlamaq istəmirəm. Çünki oradan nəyin yaxşı, nəyin pis olduğunu da öyrənmək olur.