Hindistanın Magura şəhərində yeni doğulan körpəni görənlər təccübünü gizlədə bilmir. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Magura şəhərində doğan kiçik körpə qırış-qırış üzü, böyük gözləri ilə diqqət çəkir. Nadir görülən və erkən yaşlanma xəstəliyi olaraq bilinən progeria xəstəliyiylə ilə doğulan körpənin vəziyyəti 4 milyondan bir insanda bir görülür.

Körpənin atası, Biswajit Patro isə oğlunun vəziyyətindən şikayətçi olmadıqlarını, yalnız Tanrıya şükr, bədbəxt olmaları üçün bir səbəb olmadığını söylədi.

Ailə başçısı uşaqla maraqlanan insanlar evlərini tez-tez ziyarət etdiklərini də deyib.