ABŞ-ın Nyu-Cersi ştatında qatar qəzası baş verib.

Unikal.org xəbər verir ki, Hoboken stansiyasında dayanacağa çatan qatarlardan biri sürətli şəkildə platformaya çırpılıb.

Qəza nəticəsində 100-dən çox insanın xəsarət aldığı bildirilir.

Hadisənin baş verdiyi əraziyə çoxsaylı təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb olunub.

Hazırda stansiyada qatarların hərəkəti dayandırılıb.