Bakı şəhərinin Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Unikal.org xəbər verir ki, "Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, aşkar olunmuş qaz sızmasının ləğv olunması və payız-qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparıldığından sentyabrın 30-da saat 9:00-dan 18:00-dək Nizami rayonunun 8-ci km qəsəbəsi və ətraf ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.