Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Unikal.org APA.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində, Kür çayı üzərindəki körpünün yanında qeydə alınıb.

Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Mahmudov Eşqin Yusif oğlu idarə etdiyi 20-CO-973 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsindəki 20 saylı mənzildə yaşayan 1953-cü il təvəllüdlü Rıbkin Vladimir Andreyeviçi vurub. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.