Rusiya Xarici işlər naziri Sergey Lavrovla Almaniyanın XİN rəhbəri Frank Valter Ştaynmayer Minsk müqavilələrinin həyata keçirilmə məsələsini müzakirə ediblər.

Unikal.org -un "İnterfaksa istinadən verdiyi məlumata görə, nazirlər Ukrayna böhranının nizamlanmasındə Minsk danışıqlarının əhəmiyyətli olacağına dair fikir mübadiləsi aparıblar.

"Tərəflər həmçinin "Normand dördlüyü çərçivəsində müxtəlif səviyyəli görüşlər keçirməyi planlaşdırıblar, - Rusiya XİN-nin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.