Bakının Müşviqabad qəsəbəsində məktəblinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, aşağı sinif şagirdi olan məktəbli qız bu gün səhər saatlarında "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Hadisə uşaq sinif yoldaşları və valideyni ilə birgə yol kənarı ilə məktəbə gedən zaman qeydə alınıb.

Ağır xəsarət alan qız dərhal sürücü tərəfindən xəstəxanaya aparılıb. Hazırda yaralının vəziyyəti ağırdır.