Salyan rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən(FHN) Unikal.org-a verilən məlumata görə, rayonun Aşağı Noxudlu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7,5 ton ot bağlamasının 2,5 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.