"İnformasiya və diplomatik sahədə Azərbaycana qarşı müharibə aparılır" - Deputatla MÜSAHİBƏ

12 Oktyabr 2016 [12:28]


Asim Mollazadə: "Bu təhlükə təkcə Azərbaycana yox, eyni zamanda, Türkiyəyə, Avropaya, Qərbə və bütün dünyaya qarşıdır"

asim mollazadə ile ilgili görsel sonucuMilli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Unikal.org-a günün aktual siyasi mövzularını əhatə edən müsahibə verib. Millət vəkili müsahibəsində vacib məqamlardan danışıb.

-Asim müəllim, Avropa Parlamenti ilə münasibətlərin yenidən bərpası gələcək üçün nə vəd edir?

-Azərbaycan Avropa ilə bir sıra istiqamətlərdə əməkdaşlıq edir. Avropa Birliyi ilə enerji sahəsində strateji tərəfdaşlıq sənədi imzalanıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Bununla yanaşı Avropa Birliyi ilə Azərbaycan strateji tərəfdaşlığın başqa sahələrini əhatə edən müvafiq sənədlər üzərində işləyir. Avropa Parlamenti Avropa Birliyinin çox mühüm qurumu olaraq Azərbaycan üçün gözəl platforma üzərində işləyir. Azərbaycan özünə qarşı olan təcavüz siyasəti ilə bağlı bu platformadan istifadə edərək Avropa ictimaiyyətini və siyasətçilərini sülhün bərqərar olunmasına dəstək verməyə dəvət edir. Avropa Birliyi ilə əməkdaşlıq qalmaqla yanaşı, eyni zamanda Avronest Parlament Assambleyası da bizim üçün əlavə imkandır ki, Avropa siyasətçiləri ilə əməkdaşlığımızı davam etdirək və Azərbaycanı maraqlandıran məsələləri Avropa ictimaiyyətinin diqqətinə çatdıra bilək.

-Nazirlər kabinetinin sonuncu iclasında prezident İlham Əliyev belə bir fikir səsləndirdi ki, Azərbaycanı Dağlıq Qarbağın müsətəqilliyini tanıması üçün təzyiq edirlər. Ölkə başçısının toxunduğu vacib məqamla bağlı fikirləriniz maraqlı olardı...

-Azərbaycana qarşı müharibə bir neçə müstəvidə həyata keçirilir. Silahlı qüvvələrimiz səngərlərdə ölkəmizin ərazi bütövlüyünün qorunması üçün savaşdadır. Burada dondurulmuş münaqişədən söhbət gedə bilməz. Hər gün Azərbaycan vətəndaşları erməni təxribatı ilə üzləşir, vətəndaşlarımız bu təxribatın qurbanı olur. Eyni zamanda informasiya və diplomatik sahədə Azərbaycana qarşı müharibə aparılır. Çox zəngin, siyasi nöqteyi-nəzərdən güclü silahlanmış erməni lobbisi bir çox ölkələrdə Azərbaycana qarşı informasiya savaşını davam etdirir. Onların Avropa ölkələrində, Rusiyada və ABŞ-da imkanları çox genişdir. Müvafiq siyasi dairələri Azərbaycana qarşı informasiya müharibəsinə cəlb edərək açıq hücum təşkil edilməsinə nail olurlar. Biz Ermənistanla müharibəni sadəcə səngərlərdə deyil, informasiya, diplomatik sahədə aparırıq. Xüsusilə biz, parlament diplomatiyası istiqamətində beynəxalq təşkilatların Parlament Assambleyalarında, Avropa Birliyi Parlament Assambleyasındakı informasiya müharibəsində bilavasitə iştirak etməliyik və meydanı Azərbaycana qarşı olanlara verməməliyik.

-Bir neçə gün əvvəl Ermənistanda keçirilən hərbi paradda "İsgəndər” raketlərinin nümayişi yerli mətbuatda geniş müzakirə mövzusu oldu. İqtisadi imkanları olduqca aşağı olan Ermənistana Rusiya tərəfindən bu silahın verilməsi ilə bağlı müəyyən fikirlər səsləndirildi. Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyanı üzərinə götürdüyünü bəyan edən Rusiyanın bu addımı atmaqda məqsədi nədir?

-Hər zaman olduğu kimi bu silahlar Ermənistana heç bir vəsait ödəmədən verilir. Ancaq bu proseslər hazırda bir az da inkişaf edib. Bu yaxınlarda Rusiya prezidenti Ermənistanla imzalanan birgə hava müdafiəsi sazişinin ratfikasiyası ilə bağlı Dumaya sənəd göndərdi. Bundan əvvəl də Ermənistanla Rusiya arasında müvafiq saziş imzalanmışdı. Bu bir daha onu göstərir ki, Ermənistan müstəqil dövlət deyil. Bura artıq, hərbi bazaya çevrilmiş ərazidir. Hazırda ölkə səfalət içindədir. Hərbi qüvvələr, silahlar Ermənistanın bölgənin təhlükəli bir ərazisinə çevirib. Bu təhlükə təkcə Azərbaycana yox, eyni zamanda, Türkiyəyə, Avropaya, Qərbə və bütün dünyaya qarşıdır.

-Yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsinin həllində hansı variantı daha real görürsünüz?

-Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə bütün beynəlxalq təşkilatlar qarşısında bir daha məsələ qaldırmaq üçün imkanlarını səfərbər etməlidir. Dünyanın diqqətinin bu problemə cəlb edilməsinə nail olmaq üçün səylərini davam etdirməlidir. Uzun müddətdir, ölkəmiz münaqişənin sülh yolu ilə həllini gözləyir. Azərbaycan sülh istəyir, Azərbaycana müharibə lazım deyil. Bizim çox böyük strateji inkişaf perspektivlərimiz var. Azərbaycan təbii olaraq öz silahlı qüvvələrini gücləndirir. Müasir silahların alınması, istehsalı istiqamətində mühüm addımlar atır. Əslində, biz bu istiqamətdəki xərclərimizi sosial sahəyə yönəldə bilərdik. Ölkəmizin ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün Azərbaycan güclənməlidir, öz silahlı qüvvələrini hər zaman hazır vəziyyətdə saxlamalıdır. İstisna deyildir ki, Ermənistan öz təxribatlarını gücləndirə və davam etdirə bilər.

Həsən Babayev 







SON XƏBƏRLƏR davamı
2017-02-28
2017-02-27




SORĞU
Topdansatış bazarlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Çox pis (23.95%)
Pis (27.23%)
Qənaətbəxş (17.37%)
Yaxşı (16.9%)
Əla (14.55%)


TƏQVİM