Rusiyada maraqlı olay qeydə alınıb.

Unikal.org milli.az istinadən bildirir ki, məşuqəsinin əri evdə olmayan vaxt onlara gedən kişi birdən qapı döyülüncə çıxılmaz vəziyyətə düşüb. Qadın ərinin geri döndüyünü sevgilisinə bildirib. 

Kişi hündürmərtəbəli binadan qaçmağın mümkünsüz olduğunu anlayınca çıxış yolunu eyvandan asılı qalmaqda görüb.

Evə daxil olan kişi arvadının başqa kişi ilə yataqda olduğunu anlayıb və evi alt-üst edərək onu axtarmağa başlayıb. Birdən gözü mətbəxin pəncərəsindən eyvandan asılı qalan çılpaq kişiyə sataşıb. Evindəki silahı götürərək onu vurmaq istəyən kişini binanın digər sakinləri sakitləşdiriblər. Eyvandan çıxan kişi paltarını geyinərək dərhal oranı tərk edib.