Bu gün "Lider" telekanalında yayımlanan "Tezdən oyan" verilişində maraqlı an yaşanıb.

Unikal.org axşam.az-a istinadən məlumatına görə, proqramın aparıcısı Könül Muxtarovanın qonağı bir müddət əvvəl boşandığı aktyor həyat yoldaşı Elçin Məmmədov olub. E.Məmmədov "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynli ilə bağlı çəkilən filmdə rol alıb. Veriliş boyunca Elçin aparıcının ekran işi ilə bağlı suallarını cavablandırıb.

Xatırladaq ki, Könül və Elçin 2012-ci ildə ailə qurub. Ötən ilin oktyabrında isə rəsmi boşanıb. Cütlüyün İnci adlı bir qız övladı var.

Aparıcı boşandığı əri ilə öz verilişində üz-üzə gəldi - FOTO