Bakıda daha bir qətl törədilib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, dünən Suraxanı rayon Südçülük sovxozu ərazisində, çöllük sahədən naməlum qadın meyiti tapılıb. İlkin araşdırmalardan sonra qətlə yetirilmiş qadının 1971-ci il təvəllüdlü Talıbova İlhamə Eynulla qızı olduğu müəyyən edilib.

Məlum olub ki, onu qeyri-rəsmi nikahda yaşadığı Ağayev Azər Şirməmməd oğlu öldürüb. A.Ağayev hadisə yerindən qaçmaq istəyərkən özünə məxsus avtomobillə qəza törədib və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.